İspaniyanın “Espanyol” klubunda koronavirus şoku yaşanır.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçu və məşqçi heyətindən 6 nəfərdə koronavirus testlərinin nəticəsi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin koronavirusa yoluxanların adları açıqlanmır. Hazırda bütün komanda üzvləri karantinə alınıb. Xəstəliyin aşkarlandığı oyunçu və məşqçilər isə müalicə olunurlar.

Qeyd edək ki, daha öncə La Liqanın digər təmsilçisi “Valensiya”da belə kütləvi yoluxma halı qeydə alınmışdı.