La Liqa klubunda baş məşqçi ilə yeni müqavilə
- 06 Dek 2019 15:45
- 684
İspaniyanın “Valyadolid” klubu baş məşqçisi Serxio Qonsalesin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi 43 yaşlı mütəxəssisin sözləşməsini 2022-ci ilin yayına qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ilin aprelindən “Valyadolid”i çalışdıran Serxionun əvvəlki müqaviləsi cari mövsümün sonunda bitirdi.
“Valyadolid” hazırda La Liqada 18 xalla 15-ci sıradadır.