İspaniyanın “Real Sosyedad” klubu baş məşqçisi İmanol Alqvasil ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı. Yeni müqaviləyə əsasən bu müddət 2021-ci ilin yayına qədər uzadılıb.

Alqvasil “Real Sosyedad”ı 2017/18 mövsümündən çalışdırır. 2018-ci ilin mayında o, yerini Asyer Qaritanoya versə də, həmin ilin dekabr ayından etibarən yenidən baş məşqçi postuna qaytarılıb.

“Real Sosyedad” cari mövsümdə 18 oyuna 31 xal toplayıb və La Liqada 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.