La Liqa klubunda yeni müqavilə
- 19 Noy 2019 17:22
- 895
İspaniyanın “Osasuna” klubu baş məşqçisi Yaqoba Arrasatenin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Arrasate 2018-ci ilin yayından “Osasuna”nı çalışdırır. Komanda hazırda La Liqada 13 turdan sonra 19 xalla 10-cu sırada yer alıb.