İspaniyanın “Leqanes” klubu yarımmüdafiəçisi Xavyer Avileslə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

22 yaşlı futbolçunun yeni müqaviləsi 2023-cü ilin yayına qədərdi. 

Aviles “Leqanes”də ötən mövsüm debüt edib. Bu mövsüm isə o, La Liqa çərçivəsində cəmi bir oyuna çıxıb.