
La Liqa klubunda yeni müqavilə
- 15:45
- 36
İspaniyanın "Betis" klubu müdafiəçisi Mark Bartra ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Bu mövsüm komandasının heyətində 29 matça çıxan Bartra üç qol vurub, iki dəfə sarı vərəqə ilə cəzalanıb. "Betis" İspaniya La Liqasında 32 turdan sonra 51 xalla altıncı pillədə qərarlaşıb.