"Real"ın yarımmüdafiəçisi Cud Bellingem dekbarda İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib.


Rekord.az xəbər verir ki, o, 2024-cü ilin son ayında 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


21 yaşlı oyunçu Antuan Qrizmann ("Atletiko", Madrid), Rafinya Dias ("Barselona"), Oyan Sanset ("Atletik"), və Sandro Ramiresi ("Las Palmas") qabaqlayıb.


Ötən ay La Liqada ən yaxşı futbolçu adına “Real”ın digər futbolçusu Vinisius Junior layiq görülmüşdü.