
La Liqada fevral ayının ən yaxşı məşqçisi bəlli oldu
- 11:40
- 40
"Barselona"ya rəhbərlik edən Hans-Diter Flik fevral ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.
Rekord.az xəbər verir ki, ötən gün 60 yaşı tamam olan mütəxəssis səsvermədə, Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayaraq ən yaxşı adına layiq görülüb.
"Barselona" bu ay 4 oyunda 4 qələbə qazanıb. Komanda La Liqada 54 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.