La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli oldu
- 01 Okt 2024 17:00
- 151
İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.
Rekord.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real" Madrid) bu ad uğrunda mübarizə aparıb.
"Atletik" ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.