La Liqada yeni rekordçu
- 09 Dek 2019 12:20
- 970
İspaniya La Liqasının 16-cı turunun “Atletik”lə ev oyunu “Betis”in hücumçusu Xoakin üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, komandasının 3:2 hesabıyla qalib gəldiyi bu oyunda təcrübəli forvard İspaniya çempionatının tarixinə düşüb.
Belə ki, “Betis”in hər üç qolunun müəllifi olan Xoakin La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçuya çevrilib. O, buna 38 yaş, 140 günlüyündə nail olub.
Qeyd edək ki, Xoakin “Atletik”in qapısına matçın ilk 20 dəqiqəsində (2, 11 və 20) yol tapıb. Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb.
İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəsi Alfredo Di Stefanoya aid idi.