La Liqanın ən uğursuz transferləri
- 29 Mar 2020 17:00
- 618
İspaniyanın AS nəşri bu mövsüm La Liqaya transfer olunan, amma ümidləri doğultmayan futbolçuların siyahısını açıqlayıb.
Rekord.az xəbər verir ki, siyahıya Frenki de Yonq («Barselona»), Joau Feliks («Atletiko»), Luka Yoviç («Real»), Borxa İqlesias («Betis»), Mario Ermoso («Atletiko»), Roni Lopeş («Sevilya»), Fernando Kalero («Espanyol») və Pedro Porro («Valyadolid») düşüb.
Qeyd edək ki, onların sırasında ən bahalı futbolçular Joau Feliks (“Benfika”dan 127 milyon avroya), Yonq (“Ayaks”dan 75 milyon avroya) və Yoviçdir («Ayntraxt»dan 60 milyon avroya).