Latviya millisinin üzvü “Sabah”da!
- 14 Sen 2023 15:21
- 355
“Sabah” basketbol klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 204 sm boya malik 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovla 1 illik müqavilə imzalanıb.
Geniş avrokubok təcrübəsinə malik Butyankov karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaja”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.