“Neftçi”nin futbolçuları Yusuf Laval və Sabir Buqrin Bakı təmsilçisindən ayrılacaqları barədə yayılan xəbərlərə münasibət bildiriblər.

Rekord.az xəbər verir ki, onlar klubun rəsmi televiziyasına açıqlamasında iddiaları təkzib ediblər.

Laval "Neftçi"də özünü çox xoşbəxt hiss etdiyini deyib: "Heç vaxt heç kimə komandadan ayrılacağım barədə bir şey deməmişəm. Bunların hamısı sadəcə, şayiədir. Təkrar edirəm: Mən "Neftçi"də özümü yaxşı hiss edirəm. Klubla hələ bir illik müqaviləm var. Həm də burada oynamaq mənim üçün qürurvericidir".

Buqrin də özünü paytaxt təmsilçisində xoşbəxt hiss etdiyini söyləyib: "Hələ mövsümün sonunadək "Neftçi" ilə müqaviləm qüvvədədir. Bütün düşüncələrim, fikirlərim "Neftçi" ilədir. Əlimdən gələni edəcəyəm ki, bu mövsüm də komanda ilə birlikdə çempion olum. Gələcək haqqında danışmağı o qədər də xoşlamıram".