“Gəncə"nin baş məşqçisi Bedri Meriç "Cəlilabad"a 103:91 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının 16-cı turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasını qələbəsini belə şərh edib:

“Bundan öncəki turda uğursuz oyunlar seriyasını dayandıra bilmişdik. İndi də ardını gətirdik. Oyuna yaxşı başlamasaq da, dönüş etdik. Əzmkar oynadıq. Matç "Cəlilabad" pley-off üçün önəmli idi. Çempionatın sonuna kimi vəziyyətimizi düzəltmək üçün mübarizə aparacağıq. Oyunçularımla qürur duyuram. Final serenasına kimi dayanmadan vuruşdular. Layiq olduğumuz qələbəni qazandıq. Bura bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirəm. Bəlkə bir az gec oldu amma komandaya sona qədər mübarizə aparmağı aşılaya bilmişik. Çempionatda döyüşmək lazımdı. Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmaqdı. Bunu etməsən, uduzacaqsan. Belə təcrübə başımıza çox gəlib. Qarşıdakı iki matçda da qələbə qazanmağa çalışacağıq".