
“Layiqli qələbə qazandıq” - Berdıyev
- 12 Apr 2025 19:48
- 48
"Turan Tovuz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik.
- Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?
- Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.
- Bu qələbə komandaya əlavə motivasiya verə bilər?
- Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.
- Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?
- İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.
- Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid etmək?
- Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik. (Sportal)