Lempart "Çelsi"nin problemlərini qabartdı
- 30 Yan 2020 16:22
- 797
"Çelsi”nin heyətinin gücləndirilməsinə ehtiyac hiss olunur.
Rekord.az xəbər verir ki, baş məşqçi Frenk Lempard yeni transferlərə ehtiyac olduğunu deyib.
"Yaxşı xəbər ondan ibarətdir ki, yolumuzu davam etdiririk, pis xəbər ondan ibarətdir ki, biz bu cür matçları tez-tez keçiririk. Oyun bizim nəzarətimiz altında idi, amma özümüz özümüzə problemlər yaratdıq, buna görə görüşün sonluğu çox əsəbi alındı”, - deyə o bildirib.
"Çelsi” yayda cəza aldı və bu bizə ağrı verir. Biz klubun tarixində ən yaxşı oyunçulardan biri Eden Azarı itirdik. İşlər bu vəziyyətdədir.
Mənim vəzifəm oyunçuları daha yaxşı etmək üçün hər gün məşqlərdə işləməkdən ibarətidr.
Keçən yay öz mövqelərimizi tutmadıq və indi bizə irəli hərəkət etmək üçün transferlər lazımdır. Pul mənim problemim deyil, amma mən dürüst və açıq olmalıyam", - Lempard BBC-yə bildirib.
“Çelsi" cari transfer pəncərəsində heç nə əldə etməyib. Lempardın komandası 24 oyunda 40 xal yığaraq İngiltərə premyer liqasında 4-cü yer tutub.