"Çelsi"nin baş məşqçisi Frenk Lempard Fransa millisinin məşqçilərindən narazılığını dilə gətirib. 

 

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli mütəxəssisi özündən çıxaran zədəli Nqolo Kantenin yığmanın düşərgəsindən buraxılmamasıdır:

 

"O, Fransa yığmasının oktyabrdakı ikinci oyunundan bir gün əvvəl tibbi müayinədən keçib. Artıq məlum idi ki, oynaya bilməyəcək. Buna baxmayaraq, onu yenə də ehtiyat oyunçular sırasına daxil etdilər. Başa düşürəm ki, futbolçular milliyə gedəndə yığmanın məşqçilərinin kurasiyasında olurlar. Amma hər kəsə aydın idi ki, o, oynamayacaq. Bərpa prosesi üçün Kante klubun düşərgəsinə qayıtmalı idi".