Lənkəran Tibb Kollecində "İdman Həftəsi" çərçivəsində tədbir
- 03 Mar 2023 12:45
- 375
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə "İdman Həftəsi" çərçivəsində Lənkəran Tibb kollecinin tələbələri ilə tədbir keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə iştirak edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamiyev, Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin ağır atletika idman növü üzrə baş məşqçi müəllim Məmmədov tələbələrə idmana və sağlam həyat tərzi barədə maarifəndirici məlumatlar verib.
İdman tədbirinin keçirilməsində məqsəd 5 mart “Bədən Tərbiyəsi və İdman Günü”nü qeyd etmək, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki aktivliyini artırmaq və sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə tələbələrlə birlikdə idman hərəkətləri nümayiş olunub.