"İdman həftəsi" çərçivəsində Lənkəran Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi Məmməd Məmmədov, idman məktəbinin direktoru Toğrul Məmmədli və rayonun idman xadimi Fəzail Əbilov tərəfindən Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinə həndbol üzrə master klass keçirilib.

 

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsinin məqsədlərinin biri də bu idman növünü rayonda təbliğ və inkişaf etdirmək olub.

Qeyd etmək lazımdır ki, yaxın zamanda Lənkəran Olimpiya İdman Kompleksində həndbol idman növü üzrə bölmənin fəaliyyətə başlaması gözlənilir.

Tədbir zamanı şagirdlərə həm həndbol idman növü haqqında geniş məlumat verilib, həm də onlarla İdmanın insan həyatında oynadığı rol, eləcə də sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.