Lənkəranda "İdman həftəsi" çərçivəsində növbəti tədbir
- 06 Mar 2023 10:00
- 339
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində Lənkəran Olimpiya Kompleksidə gimnastika idman növü üzrə master-klass keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamiyev və məşqçi-müəllimə Mərziyyə Mustafazadə yeniyetmə və gənclərə Ulu Öndər Heydər Əliyev tərəfindən 5 mart Bədən tərbiyəsi və İdman gününün təsis olunmasından və idmanın sağlamlığımıza faydaları barədə çıxarışlar ediblər.