Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin könüllüləri ilə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri arasında voleybol idman növü üzrə həmrəylik görüşü keçirilib.

Rekord.az xəbər verir ki, 30 may tarixdə Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan yarışın əsas məqsədi sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət idi.

Qeyd edək ki, oyundan sonra gənclərə Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi, eləcə də liderlik və şəxsi inkişaf mövzularında məsləhətçi İlkin Muradov tərəfindən “komanda quruculuğu” mövzusunda təlim keçirilib.