Lənkəranda “Ümumdünya Cüdo Günü münasibətilə - Dostunu Gətir!” layihəsi
- 25 Okt 2023 13:16
- 402
Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində 28 oktyabr “Ümumdünya Cüdo Günü münasibətilə - Dostunu Gətir!” layihəsi çərçivəsində açıq qapı günü keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir açıq elan olundu.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, qonaqlar və cüdo üzrə məşqçi müəllim Əkbər Gənciyev çıxış edərək dövlət tərəfindən idmana olan diqqət və qayğıdan danışmış, sağlam həyat tərzinin təbliği, idmana marağın artması, idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.
İştirakçılara “Ümumdünya Cüdo Günü 2023 - Dostunu Gətir!” layihəsinin sertifikatı təqdim olunub.