AFFA ötən il stadionu tələblərə cavab verməyən "Lerik" komandasını II Liqaya buraxdı. Hansı ki, eyni səbəbdən Lənkəran komandasına "Yox" deyilmişdi. Maraqlıdır ki, həmin "Lerik" ev oyunlarını Lənkəranda keçirir. Həmin vaxt mətbuata verilən açıqlama bundan ibarət idi ki, qısa zamanda Lerik stadionunda təmir işləri aparılacaq və komanda ikinci dövrədən öz stadionunda rəqibləri qəbul edəcək.

Lakin Rekord.az-ın aldığı son məlumata görə, hazırda Lerik stadionunda heç bir iş aparılmır.

Ümumiyyətlə, yaxın perspektivdə də belə bir plan yoxdur. Stadion bir yana, komandanın özünün də maddi durumu yaxşı deyil. Hətta bu gedişlə klubun yaşayacağı da sual altındadır.