Lerikdə “Vətənin müdafiəsinə hazıram!”poliatlon çoxnovçülük yarışı keçirilib
- 25 Okt 2023 13:45
- 313
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Lerik şəhər stadionunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük yarışı keçirilib.
Rekord.az xəbər verir ki, yarışda rayon ümumtəhsil məktəblərinin 7 komandası mübarizə aparıb.
Poliatlon üçnövçülük proqramına uyğun olaraq yarış 1000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yarışda I yeri Malik Bağışov adına Lerik şəhər 3 nömrəli tam orta məktəbin komandası, II yeri Əbülfəz Məmmədov adına Mastayıl kənd tam orta məktəbinin komandası, III yeri isə Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli gimnaziyanın komandası tutmuşdur.
Yarışda I yeri tutmuş komandaya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları, II və III yeri tutmuş komandalara isə idarənin diplom və medalları təqdim olunmuşdur.