Levandovskidən ÇL-də növbəti uğur
- 16:00
- 26
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.
Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Liqa mərhələsinin 5-ci turunda Fransa təmsilçisi "Brest"lə matçda (3:0) dubl etməklə nail olub.
Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.
Əvvəllər yalnız Kristiano Ronaldo (140) və Lionel Messi (129) 100 qol səddini keçib.