Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İtaliyada “Atalanta”ya 1:4 hesabıyla məğlub olan “Valensiya”, bu dəfə rəqibini doğma meydanda qəbul edib. Sözügedən qarşılaşma koronavirus epidemiyası səbəbindən azarkeşsiz oynanılıb. Amma matç kifayət qədər məhsuldar alınıb. Səfərdə də qələbə qazanan İtaliya təmsilçisi 1/4 finala yüksəlib.

Digər matçda isə “Tottenhem” səfərdə “Leyptsiq”in qonağı olub. Komandalar arasındakı ilk qarşılaşmada almanlar minimal hesablı qələbə qazanmışdılar. Cavab matçında rəqibinə böyük hesabla qalib gələn “Leyptsiq” növbəti mərhələyə vəsiqə qazanıb.

Sabah daha iki qarşılaşma keçiriləcək. “Liverpul” “Atletiko”nu, PSJ isə “Borussiya”nı (Dortmund) qəbul edəcək.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

10 mart

Valensiya (İspaniya) – Atalanta (İtaliya) 3:4 (İlk oyun – 1:4)
Qol: Qameyro, 21; 51. Torres, 67 – İliçiç, 3-pen; 43-pen; 71; 82.

Valensiya: Sillesen, Vass, Dyaxabi, Qayya, Koklen, Kondoqbiya, Soler, Torres, Parexo, Qameyro, Rodriqo.
Atalanta: Sportello, Kaldara, Palomino, Qosens, Hatebor, Cimşiti, De Roon, Froyler, Qomes, Paşaliç, İliçiç.

Leyptsiq (Almaniya) – Tottenhem (İngiltərə) 3:0 (İlk oyun - 1:0)
Qol: Zabitser, 10; 21. Forsberq, 87.

Leyptsiq: Qulaçi, Klostermann, Upamekano, Myukile, Anxelinyo, Halstenberq, Laymer, Zabitser, Nkunku, Şik, Verner.
Tottenhem: Lyoris, Orye, Aldeveyreld, Dayer, Uinks, Tanqanqa, Lo Çelso, Sessenyon, Alli, Lamela, Moura.