Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha iki qarşılaşma oynanılıb. "Rekord.az" xəbər verir ki, matçlar mövsümdə ilk dəfə əyalətdə təşkil olunub. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzində baş tutan I dövrənin görüşündə ilk olaraq UNEC və “Azərreyl” münasibətinə aydınlıq gətirib. Görüşdə ilk seti “dəmiryolçular” qazanıblar. Onlar rəqibini 25:22 hesabı ilə məğlub ediblər. İkinci hissəni 25:16 hesabı ilə aktivinə yazan “Azərreyl” üçüncü setdə daha asan qalib gəlib – 25:14. 

Bu matçdan fərqli, “Murov” - “Abşeron” oyununda 4 set oynanılıb. Eldar Yusubovun yetirmələri 25:18, 26:24 hesabı ilə qələbə qazandıqdan sonra “Murov” fərqi azaldıb – 25:23. Lakin dördüncü hissədə “Abşeron” 25:19 hesabı ilə qalib gəlməklə, oyunun hesabını müəyyənləşdirib – 3:1. 

Bu oyunlardan sonra 3 oyuna 9 xal toplayan “Azərreyl” yenə turnir cədvəlində birincidir. Onlardan bir oyun çox keçirən “Abşeron” da eyni xala malikdir. “Murov”un üçüncü olduğu cədvəldə UNEC sonuncudur (0 xal).