Lider darmadağına sevindi, “Qarabağ” uduzdu
- 29 Noy 2019 18:40
- 804
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də üç görüş baş tutub.
“Neftçi”nin əvəzediciləri “Kəpəz” üzərində inamlı qələbəyə sevinib. Lider “Səbail-2” bu dəfə “Keşlə”nin əvəzedicilərini darmadağın edib. “Qarabağ”ın ikinci komandası isə “Ağsu”ya minimal hesabla məğlub olub.
Birinci Divizion
12-ci tur
29 noyabr
Neftçi-2 – Kəpəz 2:0
Qol: Vüsal Əsgərov, 4. Hüseyn Hüseynzadə, 14.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Fərid Hacıyev.
Binə qəsəbə stadionu, 14:30.
Səbail-2 – Keşlə-2 3:0
Qol: Vidadi Cəfərov, 45. Şöhrət Yusifov, 59. Bahadur Həziyev, 90+3.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Əliyar Ağayev.
“ASCO Arena”, 15:30.
Qarabağ-2 – Ağsu 0:1
Qol: Qalib Əmrahov, 73.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:30.
Turun digər oyunları:
Zaqatala – Turan Tovuz 3:1
Zirə-2 – Sumqayıt-2 1:4
Qaradağ Lökbatan – MOİK 0:1
Qeyd edək ki, bu tur “Sabah-2” komandası istirahət edib.