Bu gün futzal üzrə Yüksək Liqadan 13-cü tura start verilib.


Rekord.az xəbər verir ki, günün yeganə oyununda lider "Baku Fire" U-19-la qarşılaşıb.


Gənclər Avropa çempionatının əsas mərhələsi oyunları öncəsi əzmkarlıq göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Matç liderin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Turun digər oyunları martın 27-də “Olimpik Star”da keçiriləcək.