Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, turun ilk və mərkəzi oyununda lider “Baku Fire”lə ilk “3-lük”də yer alan “Neftçi” İK qarşılaşıb.


Nominal meydan sahibləri fasiləyə qədər 2 qol vurub. İkinci hissədən sonra “Baku Fire” fərqi minimuma endirsə də, qapıçı Kamran hacıyevin ikinci sarı-qırmızı vərəqə almasının ardından azlıqda qalan “Baku Fire” meydanın mərkəzinə dəvət olunub. “Neftçi” 21 saniyə sonra yenə rəqib torunu silkələyib. Oyundan qopmayan nominal qonaqlar cəmi 2 dəqiqə sonra fərqi 2 topa endirib. Qapıçını “meydan oyunçusu” ilə əvəzləyən “Baku Fire” buraxdığı qollardan daha birinin əvəzini çıxmağı bacarsa da, növbəti hücum zamanı səhvə yol verib ki, nəticədə Xətai Bağırov komandasının üstünlüyünü artırıb. Ancaq 2 top fərqli üstünlük 8 saniyə çəkib. Bu dəfə Oktay dubl edib. Bu həm də oyunda vurulan sonuncu qol olub.


Turun ikinci oyununda autsayderlə debütant üz-üzə gəlib. Fasiləyə “Yasamal Bakı” hesabda üstün yollanıb. İkinci hissəyə “Şuşa” ardıcıl qollarla başlayıb. Əvvəlcə hesaba tarazlıq gətirən nominal qonaqlar önə keçməyi də bacarıb.


Tura U-19 – “Araz-Naxçıvan” görüşü ilə yükun vurulub. Bu görüşdə qazanılacaq qələbə son çempionu zirvəyə yüksəldəcəkdi. Daha güclü və təcrübəli heyətə malik “qırmızı-ağlar” fürsəti əldən verməyiblər.


Neftçi İK – Baku Fire 5:4

Qollar: Emil Həsənzadə, 6:15, Xətai Bağırov, 19:08, 29:59, 34:50, Fərid Atakişiyev, 29:38 - Henrique Soares, 22:19, Oktay Rüstəmli, 31:17, 34:58, Kənan Manafov, 32:59.


Yasamal Bakı – Şuşa 3:6

Qollar: Elçin Məmmədov, 1:42, Qüdrət Qasımzadə, 6:57, 7:28 - Sadegh Javiditabar, 6:23, 21:12, Aidar Turarov, 24:51, 26:06, 36:10, Arzu Abbasov, 39:14-öz qapısına.


U-19 – Araz-Naxçıvan 1:15

Qollar: Fariz Hüseynov, 15:17 - Nurlan Məmmədov, 4:30, 24:00, Amir Sojaei, 9:48, 15:40, Roman Adamov, 10:31, Karlos Henrique, 11:18, Lazar Milosavljevic, 13:27, Amirhossein Rasouli, 20:15, 33:36, Ali Rostami, 27:12, 32:35, 36:13, Mateus Henrique, 32:27, 39:22, Xəzər Ağalızadə, 37:43.