Qadın həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının 9-cu turunda liderlər qrupunda qərarlaşan klublar növbəti qələbələrini qazanıblar.

Rekord.az xəbər verir ki, “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.

Bu nəticələrdən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” liderliyini davam etdirib. Onun ən yaxın izləyicisi olan “Azəryol” isə xal ehtiyatını 15-ə çatdırıb.

Qadınların çempionatında turun son görüşü fevralın 4-də baş tutacaq. Həmin gün “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də reallaşacaq.