"Lids"in qapıçısına ağır cəza
- 29 Fev 2020 15:50
- 704
İngiltərə Futbol Assosiasiyası (İFA) “Lids”in qapıçısı Kiko Kasilyaya ağır cəza tətbiq edib.
Rekord.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, buna onun “Çarlton”la ötən ilin sentabrında keçirilən matçda rəqib oyunçu Conatan Lekonun ünvanına irqçi təhqir səsləndirməsi səbəb olub. İFA bununla bağlı araşdırmaya noyabrda başlayıb, qərar isə bugünlərdə çıxarılıb.
33 yaşlı qolkiper 8 oyunluq diskvalifikasiyaya məruz qalıb və 60 min funt məbləğində cərimələnib. Beləliklə, “Real”ın yetirməsi yaşıl meydanlara apreldə tez olmayaraq dönə bilməyəcək.