Liqa 1-də klubunu dəyişdi
- 17 Yan 2020 17:20
- 1036
Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən klub Liqa 1-in digər təmsilçisi “Reyms”dən Remi Udeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı fransalı hücumçu yeni klubu ilə 4,5 illik müqaviləyə imza atıb.
Uden “Reyms”in öz yetirməsidi. O, 2016-cı ildən bu klubun əsas komandasının üzvü idi.