
Liqa 1-də yanvar ayının ən yaxşı futbolçusu bilindi
- 10 Fev 2025 16:45
- 100
PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Osman Dembele yanvar ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, fransalı futbolçu yanvarda Paris komandasının dörd oyununda iştirak edib və 8 qol vurub. O, cari mövsümdə Liqa 1-də 19 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.
PSJ Liqa 1-in 21 turundan sonra 53 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.