“Liverpul” bunu 11 il sonra bacardı
- 11 Dek 2019 11:41
- 841
İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə Avstriya “Zalsburq”una 2:0 hesabıyla qalib gəlib.
Rekord.az xəbər verir ki, sözügedən komanda 2008-ci ildən sonra ilk dəfə ÇL-də ardıcıl iki səfər matçından qələbə ilə ayrılıb.
Xatırladaq ki, “qırmızılar” ÇL çərçivəsində bundan öncəki səfər matçında da Belçikanın “Genk” klubunu 4:1 hesabıyla üstələmişdi.
Yurgen Kloppuun çalışdırdığı “Liverpul” sonuncu dəfə belə bir uğura 2008-ci ilin sentyabr ayında, Rafael Benitesin rəhbərliyi altında imza atmışdı.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının lideri 6 oyuna topladığı 13 xalla ÇL-in pley-off mərhələsinə qrup birincisi kimi vəsiqə qazanıb.