İngiltərənin “Liverpul” klubu bu gün Qətərin paytaxtı Dohaya yola düşüb.

Rekord.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi olduğu üçün klublararası dünya çempionatında iştirak etmək hüququ qazanan Yurgen Kloppun çalışdırdığı komanda mundiala 20 futbolçu ilə yollanıb:

Qapıçılar: Alisson Beker, Adrian, Endi Lonerqan;

Müdafiəçilər: Vircil van Deyk, Co Qomes, Endi Robertson, Trent Aleksander-Arnold, Neko Uilyams;

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Cemberleyn, Adam Lallana, Kurtis Cons;

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rian Bryuster, Divok Oriqi.

“Liverpul” dünya çempionatının yarımfinalında “Monterrey” (Meksika) ilə (18 dekabr) üz-üzə gələcək. Dekabrın 17-də isə “Əl Hilal” (Səudiyyə Ərəbistanı) “Flamenqo”yla (Braziliya) qarşılaşacaq. Dekabrın 17-də həm də “Əl Sədd” (Qətər) ilə “Esperans” (Tunis) 5-ci yer uğrunda mübarizə aparacaq.
 
Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.