“Liverpul” futbolçusunu 6 həftəlik itirdi
- 25 Dek 2019 16:41
- 751
“Liverpul”un Klublararası dünya çempionatında, “Flamenqo”nu 1:0 hesabıyla məğlub etdiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, ayaq biləyindən zədələnən 26 yaşlı yarımmüdafiəçi ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Cari mövsümdə “Liverpul”un heyətində 21 oyun keçirən Çemberleyn, 5 qolla yadda qalıb.