Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Madrid “Atletiko”su doğma azarkeşləri qarşısında son çempion “Liverpul”u qəbul edib və minimal hesabla qələbə qazanıb.

Fransanın PSJ klubu isə Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olublar.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

18 fevral

Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 1:0
Qol: Saul, 4.
Baş hakim: Şimon Marçinyak (Polşa)

Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa) 2:1
Qol: Haland, 69; 77 – Neymar, 75.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)