İngiltərə təmsilçisi "Liverpul" hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Misirli oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.


Salah cari mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 45 matçda 32 qol vurub.