"Liverpul" tarixə düşdü
- 13 Yan 2020 13:53
- 905
İngiltərə Premyer Liqasının şəriksiz lideri "Liverpul" öz rekordlrını yeniləyir.
Rekord.az xəbər verir ki, Yürgen Kloppun başçılıq etdiyi "qırmızılar" Premyer Liqada 38 oyundur məğlub olmur.
Bu qarşılaşmaların 33-də qələbə qazanan Mersisayd təmsilçisi 5 görüşdə heç-heçə edib. "Liverpul" cari mövsüm Premyer Liqada keçirdiyi 21 qarşılaşmanın isə yalnız 1-də "sülh" bağlayıb, 20 qələbəyə sevinib. Komanda bununla həm də "Böyük beşlik" çempionatları - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa birinciliklərində mövsümün əvvəlindən başlayaraq ardıcıl 21 matçdan 20-ni qazanan ilk klub kimi tarixə düşdü.
İngiltərə nəhəngi 22 turdan sonra bir oyun az keçirməklə aktivinə 61 xal yazdırıb və ən yaxın izləyicisi "Lester"i 16 xal qabaqlayır.