“Liverpul” futbolçusu Ceyms Milnerin müqaviləsinin müddətini artırıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni sözləşmənin müddəti açıqlanmayıb. 

İngiltərə mətbuatının xəbərinə görə, Milnerlə 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

2015-ci ildən “Liverpul”da çıxış edən ingilis yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda bitirdi.