“Liverpul”da növbəti müqavilə rəsmiləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçusu Stefan Bayçetiçlə müqavilənin müddətini uzadıb.

Bu mövsümdən start heyətdə meydana çıxmağa başlayan yarımmüdafiəçi, yeni müqaviləyə əsasən 2027-ci ilin yayınadək “Liverpul” forması geyəcək.

İspaniya vətəndaşlığı da olan 18 yaşlı serb yarımmüdafiəçi 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib.