İngiltərənin “Liverpul” klubu futbolçusu İsaak Kristi-Devisi icarəyə verib.

Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini “Serkl Brügge” klubunda keçirəcək. Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Çelsi”nin yetirməsi olan İsaak, 2018-ci ilin yayında “Liverpul”a keçmişdi. Yarımmüdafiəçi bu mövsüm “Liverpul”un əsas komandasıyla bir oyuna çıxıb.