“Liverpul”dan onlayn məşqlərə gecikənlərə cərimə
- 15 Apr 2020 12:42
- 694
“Liverpul”un baş məşqçisi Yurgen Klopp koronavirus pandemiyasına görə tətbiq olunan karantinlə əlaqədar evlərində olan futbolçulara keçdiyi onlayn məşqlərdən, hətta onlara kəsdikləri cəzalardan danışıb.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis Premyer Liqa təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Koronavirusdan sonra biz fərqli təcrübələr toplamağa başlamışıq. Bunlardan biri də şübhəsiz ki, onlayn məşqlərdi. Bu cür məşqlərdən zövq alıram. Onlayn məşqləri bu dərəcədə sevəcəyimi təxmin belə edə bilməzdim. Futbolçuları gördüyüm andan etibarən, məşqimiz bir, hətta iki saat sürsə belə, hər şey dəyişir. Onlayn məşqlərə gec qatılan oyunçulara pul cəzası da nəzərdə tutulub. Hər gün saat 10:00-da məşqə başlayırıq. Məşqlərə həmişə vaxtında qatılmaq önəmlidi. Çüki kimsə məşqə geciksə, cərimə olunur”.