
“Liverpul”dan Van Deyklə yeni müqavilə
- 17 Apr 2025 17:45
- 78
"Liverpul" müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Van Deyk 2018-ci ildən çıxış etdiyi "Liverpul"un heyətində 314 oyun keçirib və 27 qol vurub.