İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb.


Rekord.az xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib.


Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.


Yanvarın 8-də keçirilən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.