
“Liverpul”un dördüncü çempion qurbanı
- 06 Mar 2025 19:45
- 48
"Liverpul" cari mövsümdə Avropanın dörd aparıcı liqasının çempionunu qol buraxmadan məğlub edib.
Rekord.az xəbər verir ki, komanda son olaraq Fransada UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə qalib gəlib - 1:0.
Arne Slotun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın son çempionu "Mançester Siti"ni hər iki görüşdə 2:0 hesabı ilə üstələyib.
"Qırmızılar" ÇL-in Liqa mərhələsində İspaniya La Liqasının qalibi "Real"ı (2:0) və Almaniya Bundesliqasının çempionu "Bayer"i (4:0) də məyus edib.
"Liverpul"la PSJ arasında cavab oyunu martın 11-də gerçəkləşəcək.