“Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi
- 18 Noy 2019 11:40
- 686
Vircil van Deyk Niderland yığma komandasının düşərgəsini tərk edib.
Rekord.az xəbər verir ki, İngiltərənin “Liverpul” klubunda çıxış edən ulduz futbolçunun millidən vaxtından öncə ayrılmasının dəqiq səbəbi açıqlanmır.
Sadəcə Van Deykin şəxsi məsələlərlə əlaqədar düşərdən ayrıldığı bildirilir. 28 yaşlı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə bitən kimi “Liverpul”un düşərgəsinə dönəcək.
Qeyd edək ki, AÇ-2020-yə vəsiqəni təmin etmiş Niderland yığması noyabrın 19-da son tur çərçivəsində doğma meydanda Estoniya ilə qarşılaşacaq.