 
        “Liverpul”un futbolçusu üçün mövsüm bitdi
- 07 Dek 2023 12:40
- 323
“Liverpul”un futbolçusu Joel Matip mövsümün qalan hissəsini buraxacaq.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib.
O, Premyer Liqanın 14-cü turunun “Fulhem”lə matçında zədələnən kamerunlu müdafiəçinin dizinin ön çarpaz bağının yırtıldığını bildirib:
“Təəssüf ki, ilk saniyədən gözlədiyimiz oldu. Onun öz çarpaz bağı yırtılıb. Bəxtimiz gətirmədi”.
Matipin “Liverpul”la müqaviləsi bu mövsümün sonunda başa çatır. O, bu mövsüm ümumilikdə 10 matçda meydana çıxıb.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        