
“Liverpul”un niderlandlı futbolçusu sıraya döndü
- 11 Mar 2025 11:40
- 81
İngiltərənin "Liverpul" klubunun niderlandlı futbolçusu Kodi Qakpo komandanın sıralarına qayıdıb.
Rekord.az xəbər verir ki, səhhətində yaranan problemlərə görə Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununu (Fransa) və Premyer Liqada "Sauthempton"la matçı buraxan 25 yaşlı hücumçu məşqlərə start verib.
O, Fransa təmsilçisi ilə cavab matçında start heyətində meydana çıxa bilər.
"Liverpul" - PSJ görüşü martın 11-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.